ABŞ Rusiyanı ÜTT normalarını pozmaqda ittiham edib

ABŞ Rusiyanı ÜTT normalarını pozmaqda ittiham edib Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ hesab edir ki, Rusiya sistematik olaraq Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normalarını pozur.
Maliyyə
5 Fevral , 2019 11:15
ABŞ Rusiyanı ÜTT normalarını pozmaqda ittiham edib

Bakı. 5 fevral. REPORT.AZ/ "ABŞ hesab edir ki, Rusiya sistematik olaraq Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normalarını pozur".

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsinin Rusiyanın ÜTT çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hesabatında deyilir.

O cümlədən qeyd olunur ki, Rusiya bazarların açıqlığı qaydalarından uzaqlaşır və bu da ABŞ mallarının və xidmətlərinin ixracına mane olur.

"ABŞ Rusiyanın ÜTT öhdəliklərinə uyğun olmayan fəaliyyət göstərdiyini müəyyən edərsə, məsələni həll etmək və Rusiya bazarlarını ABŞ ixracına açıq saxlamaq üçün bütün müvafiq tədbirləri görəcək", - sənəddə vurğulanır.

İstehsalın lokallaşdırılması qaydaları, bəzi vergilər və yığımlar, fitosanitar nəzarət tələbləri tənqidə məruz qalıb. Bundan əlavə, sənədin müəllifləri Rusiyadan ixrac qaydalarından da narazıdırlar.

Son xəbərlər

Orphus sistemi