ABŞ “Lufthansa”nı cərimələyib

ABŞ “Lufthansa”nı cərimələyib ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Almaniyanın “Lufthansa” şirkətinə cərimə təyin edib.
Maliyyə
28 Dekabr , 2019 14:13
ABŞ “Lufthansa”nı cərimələyib

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Almaniyanın “Lufthansa” şirkətinə cərimə təyin edib.

“Report” FAA-nın rəsmi saytına istinadən xəbər verir ki, şirkətə rəsmi cavab verməsi üçün müəyyən olunmuş 30 günlük möhlət dekabrın 27-də başa çatıb.

“ABŞ Federal Aviasiya Administrasiyası “Deutsche Lufthansa AG” təyyarə şirkətinə federal aviasiya qaydalarına uyğun gəlməyən, güman ki, 900-dək uçuşun icra etdiyinə görə 6,428 mln dollar məbləğində mülki cərimə təyin edir”, - FAA-nın açıqlamasında qeyd olunur.

Belə ki, “Lufthansa”nın FAA-dan müvafiq icazə almadan Filadelfiya və San-Dieqo şəhərlərinin hava limanlarına uçuşlar həyata keçirdiyi bildirilir. Halbuki mövcud qaydaya görə, əcnəbi aviaşirkətlər yalnız FAA-nın müvafiq siyahılarında göstərilən hava limanlarına müntəzəm reyslər təşkil edə bilər.

Son xəbərlər

Orphus sistemi