ABŞ-la Çin arasında ticarət sahəsində 5 memorandum hazırlanır

ABŞ-la Çin arasında ticarət sahəsində 5 memorandum hazırlanır
Maliyyə
21 Fevral , 2019 15:27
ABŞ-la Çin arasında ticarət sahəsində 5 memorandum hazırlanır
0 : 00
0 : 00

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-la Çin arasında yekun ticarət sazişi üçün bünövrə təşkil edəcək 5 memorandum üzərində işlər aparılır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, saziş iki ölkə arasında davam edən ticarət müharibəsinə son qoyacaq.

Mənbələrə görə, həmin memorandumlar kənd təsərrüfatı, rüsumsuz ticarət, xidmət sahəsi, texnologiyaların ötürülməsi, əqli mülkiyyət kimi sahələri əhatə edir. Memorandumun şərtlərinə əməl edilməsə, əngəlləyici rüsumların bərpa oluna biləcəyi da bildirilir.

Qeyd edək ki, ötən il dünyanın iki ən böyük iqtisadiyyatı arasında illik yüz milyardlarla dollar məbləğində idxal olunan malların rüsumları qarşılıqlı şəkildə bir neçə dəfə artırılmışdı. Dekabrın əvvəlində "G 20" zirvə görüşü zamanı iki ölkə prezidentləri ticarət müharibəsində “atəşkəs” barədə razılığa gəlmişdilər.