ABŞ iqtisadiyyatı son 6 ildə ilk dəfə azalıb

ABŞ iqtisadiyyatı son 6 ildə ilk dəfə azalıb Koronavirusun (COVID-19) təsiri ilə bu ilin I rübündə ABŞ-da ümumi daxili məhsul (ÜDM) 4,8% azalıb.
Maliyyə
29 Aprel , 2020 17:34
ABŞ iqtisadiyyatı son 6 ildə ilk dəfə azalıb

Koronavirusun (COVID-19) təsiri ilə bu ilin I rübündə ABŞ-da ümumi daxili məhsul (ÜDM) 4,8% azalıb.

“Report” ABŞ Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bununla da son 6 ildə ilk dəfə ABŞ iqtisadiyyatında azalma qeydə alınıb.

Hesabat dövründə fərdi xərclər mağazalar və restoranların bağlanması ilə proqnozları üstələyərək 7,6% azalıb. Belə ki, I rübdə fərdi xərclər son 40 ilin minimumunu yeniləyib.

Qeyd edək ki, ABŞ iqtisadiyyatı ötən ilin son rübündə 2,1% böyümüşdü.

Son xəbərlər

Orphus sistemi