ABŞ iqtisadiyyatı rüblük 38% kiçilə bilər

ABŞ iqtisadiyyatı rüblük 38% kiçilə bilər Bu ilin II rübündə koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ABŞ iqtisadiyyatı I rübə nisbətən 37,7% kiçilə bilər.
Maliyyə
20 May , 2020 11:03
ABŞ iqtisadiyyatı rüblük 38% kiçilə bilər

Bu ilin II rübündə koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ABŞ iqtisadiyyatı I rübə nisbətən 37,7% kiçilə bilər. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) açıqlamasında bildirilir. 

Açıqlamada həmçinin bu ilin III və IV rüblərində ABŞ iqtisadiyyatının müvafiq olaraq 21,5% və 10,4% böyüyəcəyi, ümumilikdə isə 2020-ci il üzrə 5,6% kiçiləcəyi, gələn il isə 4,2% böyüyəcəyi qeyd olunub. 

ABŞ-da işsizlik səviyyəsinin bu il 11,5%, gələn il isə 9,3% səviyyəsində olması proqnozlaşdırılır. 

Federal büdcə kəsirinin isə bu il 2,1 trilyon ABŞ dolları, gələn il isə 600 milyard ABŞ dolları artması gözlənilir.

Son xəbərlər

Orphus sistemi