ABŞ-ın ev təsərrüfatları ötən il 400 milyard dollardan çox borclanıb

ABŞ-ın ev təsərrüfatları ötən il 400 milyard dollardan çox borclanıb Bu il yanvarın 1-nə ABŞ-ın ev təsərrüfatlarının borcu illik müqayisədə 2,9% və yaxud 414 milyard dollar artaraq 14 560 milyard dollar təşkil edib
Maliyyə
18 Fevral , 2021 10:31
ABŞ-ın ev təsərrüfatları ötən il 400 milyard dollardan çox borclanıb

Bu il yanvarın 1-nə ABŞ-ın ev təsərrüfatlarının borcu illik müqayisədə 2,9% və yaxud 414 milyard dollar artaraq 14 560 milyard dollar təşkil edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) hazırladığı “Ev borcu və kredit hesabatı"nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, ev təsərrüfatlarının borclarının artması əsasən ipoteka kreditlərinin faizlərinin aşağı olması ilə bağlıdır. Son 1 ildə ölkədə ipoteka kreditləşməsinin məbləği 486 milyard dollar və yaxud 5,1% artaraq 10 040 milyard dollara çatıb.

Ötən ilin sonuna ABŞ vətəndaşlarının ən çox borçlandığı digər kredit növləri isə tələbə krediti (1 560 milyard dollar, 3% artım), avtomobil krediti (1 370 milyard dollar, 2,8% artım) və kredit kartları (820 milyard dollar, 11,6% azalma) olub. Kredit kartları üzrə borclanma son 22 ildə ən yüksək azalma nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi