ABŞ-ın əsas birja indeksləri yüksəlib

ABŞ-ın əsas birja indeksləri yüksəlib Nyu-York birjasında ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün görülən tədbirlərin gözləntiləri fonunda əsas indekslər yüksəlib.
Maliyyə
18 Dekabr , 2020 07:51
ABŞ-ın əsas birja indeksləri yüksəlib

Nyu-York birjasında ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün görülən tədbirlərin gözləntiləri fonunda əsas indekslər yüksəlib.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 148,83 bənd (0,49%) artaraq 30 303,37 bənd səviyyəsində dayanıb.

ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 21,31 bənd qazanaraq (0,58%) 3 722,48 bənd səviyyəsində qalıb.

“Nasdaq” elektron birja indeksi isə 106,56 bənd (0,84%) yüksələrək 12 764,75 bəndədək qalxıb.

Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 1,32 faiz artaraq 48,45 ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi