ABŞ-ın ən qədim bankı “Bitcoin”lə bağlı xidmətlər təqdim edəcək

ABŞ-ın ən qədim bankı “Bitcoin”lə bağlı xidmətlər təqdim edəcək ABŞ-da fəaliyyət göstərən “Bank of New York Mellon Corp.” bəyan edib ki, müştərilərinə “Bitcoin”lə bağlı xidmətlər təqdim edəcək
Maliyyə
12 Fevral , 2021 10:33
ABŞ-ın ən qədim bankı “Bitcoin”lə bağlı xidmətlər təqdim edəcək

ABŞ-da fəaliyyət göstərən “Bank of New York Mellon Corp.” bəyan edib ki, müştərilərinə “Bitcoin”lə bağlı xidmətlər təqdim edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bankın açıqlamasından sonra dünyanın aparıcı kriptovalyutasının məzənnəsi 48 113 ABŞ dollarına çataraq yenidən rekord vurub.

Qeyd edək ki, “Bank of New York Mellon Corp.” 237 illik tarixə malik olmaqla ABŞ-ın ən qədim bankıdır. Maliyyə qurumu müştərilərinə "Bitkoin"lə alqı-satqı, saxlama və köçürmə xidmətləri göstərmək niyyətindədir. Bundan başqa, bank ənənəvi aktivlərlə "Bitkoin"i bir araya gətirəcək platforma hazırlayır.

Son xəbərlər

Orphus sistemi