​ABŞ fond bazarında artım davam edir

​ABŞ fond bazarında artım davam edir Dünya qızıl bazarında da qızılın müsbət dinamikası müşahidə olunur
Maliyyə
10 Noyabr , 2014 05:44
​ABŞ fond bazarında artım davam edir
Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 17 574 bəndədək, S&P 500 0,03% - 2 032 bəndədək yüksəlib, Nasdaq 0,1% - 4 633 bəndədək enib. “Report”un xəbər verdiyi kimi, indekslərin dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında noyabrın 7-də FTSE 100 indeksi 0,3% - 6 567 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,9% - 9 292 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 4 190 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 172,30 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2484 dollar (+0,2%) təşkil edir.

Son xəbərlər

Orphus sistemi