ABŞ-dakı seçkilər ərəfəsində qızılın qiyməti “dondu”

ABŞ-dakı seçkilər ərəfəsində qızılın qiyməti “dondu” Bu gün keçirilən hərraclarda qızılın qiymətlərində əhəmiyyətli dəyişiklik yoxdur.
Maliyyə
3 Noyabr , 2020 12:26
ABŞ-dakı seçkilər ərəfəsində qızılın qiyməti “dondu”

Bu gün keçirilən hərraclarda qızılın qiymətlərində əhəmiyyətli dəyişiklik yoxdur. Belə ki, ABŞ-dakı seçkilərin nəticələrini gözləyən bazar iştirakçıları sərmayə qoymağa tələsmir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 9.21-ə olan vəziyyətə görə, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyüçrsləri cəmi 0,02 faiz bahalaşaraq 1 892,95 ABŞ dollarından, gümüşün dekabr fyüçersləri isə 0,5 faiz bahalaşaraq 24,152 dollardan satılıb.

Ekspertlərin fikrincə, sərmayədarlar bugünkü seçkilərdə qalibin müəyyənləşməsinin çox uzana biləcəyindən narahatdır. Bu fikri “Reuters”lə bölüşən “OCBC Bank”ın iqtisadçısı Houi Lee (Howie Lee) deyib ki, belə olan halda dollar bahalaşacaq və müvafiq olaraq qızıl qısamüddətli perspektivdə ucuzlaşacaq.

Həmçinin “ED & F Man Capital Markets”ın eksperti Eduard Meir (Edward Meir) də ABŞ iqtisadiyyatı üçün yeni maliyyə təkanlarının olmaması üzündən qızıl qiymətlərinin təzyiq altında olduğunu qeyd edib. Belə ki, Donald Tramp yenidən seçilsə, yeni dəstək tədbirləri planının qəbulu uzana bilər.

Son xəbərlər

Orphus sistemi