ABŞ-da ilk dəfə afro-amerikalı qadın FED-də vəzifəyə təsdiqlənib

ABŞ-da ilk dəfə afro-amerikalı qadın FED-də vəzifəyə təsdiqlənib ABŞ-da ilk dəfə afro-amerikalı qadın FED-də vəzifəyə təsdiqlənib.
Maliyyə
11 May , 2022 08:21
ABŞ-da ilk dəfə afro-amerikalı qadın FED-də vəzifəyə təsdiqlənib

ABŞ-da ilk dəfə afro-amerikalı qadın Federal Ehtiyat Sistemində (FED) vəzifəyə təsdiqlənib.

Bu barədə “Report” “ABCnews”a istinadən xəbər verir.

Məlumata görə, ABŞ Senatı iqtisadçı Liza Kukun Federal Ehtiyat Sisteminin İdarə Heyətinə fəaliyyətini təsdiqləyib. O, FED-in 108 illik tarixində buna nail olan ilk afroamerikalı qadın olub.

Liza Kukun təsdiqi 51 nəfərin 50 səsə qarşı cüzi səs çoxluğu ilə reallaşıb, vitse-prezident Kamala Harris isə həlledici səs verib.

Hazırda FED-in rəhbəri vəzifəsini Cerom Pauell icra edir. Onun səlahiyyət müddəti fevralda başa çatıb və mart ayında Senatın Bank Komitəsi tərəfindən yekdilliklə səsvermə ilə növbəti dəfə bu vəzifəyə təsdiqlənib. 

Son xəbərlər

Orphus sistemi