ABŞ-ın Federal Ehtiyat Sisteminin Nyu-Yorkdakı bölməsi bir gün ərzində 50,1 milyard dollarlıq repo əməliyyatı aparıb.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, FED-in elan etdiyi tender 100 milyard dollarlıq qiymətli kağızların alışı ilə bağlı olub, amma təklif bundan 2 dəfə az olub. Xatırladaq ki, qurum sentyabrın 25-də gündəlik repo əməliyyatlarının maksimal məbləğinin 75 milyard dollardan 100 milyard dollara qədər artırdığını açıqlayıb.