ABŞ büdcə kəsirini bağlamaq üçün 1 trilyon dollar qazanmaq niyyətindədir

ABŞ büdcə kəsirini bağlamaq üçün 1 trilyon dollar qazanmaq niyyətindədir Gələn həftədə yenidənmaliyyələşdirmə hərraclarına çıxarılacaq qiymətli kağızların ümumi dəyəri 84 milyard dollar qiymətləndirilir
Maliyyə
28 Yanvar , 2019 14:41
ABŞ büdcə kəsirini bağlamaq üçün 1 trilyon dollar qazanmaq niyyətindədir

Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün istiqrazlar sataraq 1 trilyon dollar qazanmaq niyyətindədir.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu, ardıcıl ikinci ildir baş verir.

Xəzinədarlığın istiqrazların satışını rekord səviyyədə saxlamağı planlaşdırdığı vurğulanır. Belə ki, gələn həftədə yenidən maliyyələşdirmə hərraclarına çıxarılacaq qiymətli kağızların ümumi dəyəri 84 milyard dollar qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi