ABB problemli kreditlərdən təmizlənir

ABB problemli kreditlərdən təmizlənir İlin sonuna qədər ABB-ə 2 mlrd. manat vəsait veriləcək
Maliyyə
10 Dekabr , 2015 17:54
ABB problemli kreditlərdən təmizlənir

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması və likvidliyinin artırılması məqsədilə Azərbaycan Prezidentinin iyulun 15-də imzaladığı fərmanla problemli kreditlərin "Aqrarkredit" QSC-yə transferi nəzərdə tutulub. 

"Report" xəbər verir ki, bu qərardan sonra ilk transfer tranşı sentyabrın 14-də 3 mlrd. manat məbləğində baş tutub. Bunun əvəzində isə dekabrın 31-dək ABB-nin 2 mlrd. manat həcmində maliyyə dəstəyi alması qərarlaşdırılıb. Bu məbləğin bankın maliyyə boşluğunun bağlanması məqsədilə istifadə etməsi üçün nəzərdə tutulduğu qeyd olunub. Problemli kreditlərin bir neçə tranşla "Aqrarkredit" QSC-yə transferi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi