ABB-nin törəmə müəssisəsi əlavə ofisini bağlayır

ABB-nin törəmə müəssisəsi əlavə ofisini bağlayır Müştərilərə "Bank ABB-Moskva" filialında xidmət olunacaq
Maliyyə
30 Yanvar , 2017 18:01
ABB-nin törəmə müəssisəsi əlavə ofisini bağlayır

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu il fevralın 1-dən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə müəssisəsi olan "ABB-Moskva"nın "Taqansk" əlavə ofisi fəaliyyətini dayandırır.

"Report" bu barədə banka istinadən xəbər verir.

Müştərilərə sonuncu dəfə 31 yanvar 2017-ci ildə xidmət olunacaq.

Əlavə ofisin hazırkı müştəriləri xidmət olunmaq üçün avtomatik olaraq fevralın 1-dən "ABB-Moskva"nın Yekaterinburqdakı "Bank ABB-Moskva" filialına köçürüləcək. "Bank ABB-Moskva" bağlanan əlavə ofisin müştəriləri qarşısındakı bütün öhdəliklərini öz üzərinə götürür. 

Son xəbərlər

Orphus sistemi