ABB-nin rəhbərliyinə daha bir təyinat olub

ABB-nin rəhbərliyinə daha bir təyinat olub Abbas İbrahimov Bankın İdarə Heyətin sədrinin I müavini təyin edilib
Maliyyə
100
16 Yanvar , 2017 11:24
ABB-nin rəhbərliyinə daha bir təyinat olub

Bakı. 16 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Müşahidə Şurasının toplantısı keçirilib. Bu barədə “Report”a Bankdan bildirilib.

Toplantıda Abbas Məmmədəli oğlu İbrahimov ABB-nin İdarə Heyətinə (İH) üzv qəbulu və onun İH sədrinin I müavini vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.

A.İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində iş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə İstanbul Texniki Universitetində biznes inzibatçılığı üzrə (maliyyə istiqaməti) magistr dərəcəsi alıb. Bank-maliyyə sektorunda fəaliyyətə 2005-ci ildə “Bank of Baku” ASC-də Tədqiqat və inkişaf Departamentinin mütəxəssisi kimi başlayıb. Ayrı-ayrı vaxtlarda ödəniş kartları bölməsinin rəhbəri, Məhsulların yaradılması və idarə edilməsi Departamentinin direktoru, Bankın İdarə Heyəti sədrinin müavini olub. Son təyinata qədər “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Xalid Əhədovun rəhbərlik etdiyi ABB-nin yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər xərclərin optimallaşdırılması, restrukturizasiya tədbirlərinin həyata keçirilməsi hesabına fəaliyyətin effektivliyinə qısa zamanda nail olmaq, ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaq, həmçinin Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanında qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirməkdir.

36 filiala və 40 şöbəyə malik olan ABB hazırda aktivlərinin həcmi, müştəri bazası, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır.

Son xəbərlər

Orphus sistemi