"ABB-İnvest İnvestisiya Şirkəti" ötən ili mənfəətlə başa vurub
- 28 may, 2022
- 06:13
Yeniliklərdən dərhal xəbərdar olun!
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC 2021-ci ili 213 min manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu 2020-ci ildən 39 min manat xalis zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “ABB-invest"in vergiyəqədərki mənfəəti 268 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 54 min manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “ABB-invest"in aktivləri 15,666 milyon manat olub ki, bu da illik müqayisədə 59,8 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin 11,973 milyon manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 14,15 dəfə artaraq 3,693 milyon manata, o cümlədən nizamnamə kapitalı 10 dəfə artaraq 3 milyon manata çatıb.
Xatırladaq ki, “ABB-İnvest”i 2020-ci ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb.