"ABB-İnvest İnvestisiya Şirkəti"nin xalis mənfəəti artıb

Maliyyə
  • 02 iyun, 2023
  • 05:44
ABB-İnvest İnvestisiya Şirkətinin xalis mənfəəti artıb

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC 2022-ci ili 628 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,9 dəfə çoxdur.

Ötən il “ABB-invest"in vergiyəqədərki mənfəəti 787 min manat (əvvəlki ilə nisbətən 2,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 159 min manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “ABB-invest"in aktivləri 14,543 milyon manat olub ki, bu da illik müqayisədə 7,2 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 10,7 % azalaraq 10,692 milyon manata düşüb, balans kapitalı isə 4,3 % artaraq 3,851 milyon manata çatıb.

Xatırladaq ki, “ABB-İnvest”i 2020-ci ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.

44 filmi