"ABB-İnvest İnvestisiya Şirkəti"nin xalis mənfəəti 4 % azalıb

Maliyyə
  • 30 may, 2024
  • 06:47
ABB-İnvest İnvestisiya Şirkətinin xalis mənfəəti 4 % azalıb

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC 2023-cü ili 602 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4,1 % azdır.

Ötən il “ABB-invest"in vergiyəqədərki mənfəəti 759 min manat (əvvəlki ilə nisbətən 3,6 % az), mənfəət vergisi ödəmələri isə 157 min manat (1,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “ABB-invest"in aktivləri 21,97 milyon manat olub ki, bu da illik müqayisədə 51,1 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 61,8 % artaraq 17,299 milyon manata, balans kapitalı isə 21,3 % artaraq 4,67 milyon manata çatıb.

Xatırladaq ki, “ABB-İnvest”i 2020-ci ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.

44 filmi