"ABB-İnvest İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
- 02 iyun, 2025
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC 2024-cü ili 2,319 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,85 dəfə çoxdur.
Ötən il “ABB-invest"in vergiyəqədərki mənfəəti 2,908 min manat (əvvəlki ilə nisbətən 3,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 589 min manat (3,75 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “ABB-invest"in aktivləri 26,256 milyon manat olub ki, bu da illik müqayisədə 19,5 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 13,5 % artaraq 19,63 milyon manata, balans kapitalı isə 41,9 % artaraq 6,625 milyon manata çatıb.
Xatırladaq ki, “ABB-İnvest”i 2020-ci ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.