"ABB-Gürcüstan" bankının 10 yaşı tamam olur

"ABB-Gürcüstan" bankının 10 yaşı tamam olur Hazırda Bankın nizamnamə kapitalı 22,7 mln. lari təşkil edir
Maliyyə
27 Fevral , 2017 14:32
ABB-Gürcüstan bankının 10 yaşı tamam olur

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə müəssisələrindən olan “ABB-Gürcüstan”ın fəaliyyətə başlamasının 10-cu ildönümü tamamlanıb. 

“Report” xəbər verir ki, bu bank 2007-ci ilin fevralında Azərbaycan dövlətinin dəstəyi ilə fəaliyyətə başlayıb. Hazırda “ABB-Gürcüstan”ın nizamnamə kapitalı 22,688 mln. lari təşkil edir.

Gürcüstan Banklar Assosiasiyasının üzvü, Gürcüstan Birləşmiş Klirinq Mərkəzinin təsisçilərindən olan bank 2011-ci ildə BACEE təşkilatına (Mərkəzi və Şərqi Avropa regionu üzrə Banklar Assosiasiyası) qəbul edilib.

“ABB-Gürcüstan”ın əsas missiyası Gürcüstanın maliyyə bazarında Azərbaycan kapitalının mövqeyini möhkəmləndirmək və biznesin bu kapitala çıxış imkanlarını təmin etmək, Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verməkdir. Bank Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı beynəlxalq layihələrə maliyyə vasitəçisi kimi yaxından dəstək göstərir. “ABB-Gürcüstan” ölkənin bank sektorunda mövqelərini getdikcə gücləndirir, iri korporativ müştərilər üçün əsas maliyyə mənbələrindən sayılır”, - bankın açıqlamasında bildirilir.

Son xəbərlər

Orphus sistemi