ABA və ASA maliyyə-bank sektorunda birgə araşdırmalar aparacaq

ABA və ASA maliyyə-bank sektorunda birgə araşdırmalar aparacaq Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli ilə görüşüb.
Maliyyə
1 Mart , 2018 15:32
ABA və ASA maliyyə-bank sektorunda birgə araşdırmalar aparacaq
Report

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yeni təyin olunmuş sədri Mustafa Abbasbəyli ilə görüşüb.

“Report” bu barədə ABA-ya istinadən xəbər verir.

Görüş zamanı Assosiasiyalar, onların ekspert qrupları arasında əməkdaşlıq imkanları, yerinə yetirilə biləcək ümumi işlər, maliyyə sektorunda keçirilə biləcək birgə tədbirlər müzakirə edilib. 

Sonda maliyyə-bank sektorunda birgə araşdırmaların aparılması və ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu ilə ASA-nın Hüquq Komitəsinin birgə görüşünün təşkil edilməsi qərara alınıb.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 3 bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi