ABA: Ölkədə "yaşıl maliyyələşmə"yə dəstək üçün yeni fond yaradıla bilər

ABA: Ölkədə "yaşıl maliyyələşmə"yə dəstək üçün yeni fond yaradıla bilər Azərbaycanda "yaşıl maliyyələşmə"yə dəstək üçün yeni fond yaradıla və yaxud bu vəzifə mövcud fondlardan birinə verilə bilər.
Maliyyə
18 Oktyabr , 2024 11:14
ABA:  Ölkədə yaşıl maliyyələşməyə dəstək üçün yeni fond yaradıla bilər
Zakir Nuriyev

Azərbaycanda "yaşıl maliyyələşmə"yə dəstək üçün yeni fond yaradıla və yaxud bu vəzifə mövcud fondlardan birinə verilə bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.

"Azərbaycanda prioritet istiqamətlərin maliyyələşməsi üzrə dövlət dəstəyinin uğurlu təcrübəsini görürük və bu təcrübəni "Yaşıl maliyyələşmə"də də tətbiq edə bilərik. Bəzi ölkələrdə dövlət qurumlarının və agentliklərinin, eləcə də qeyri-hökumət təşkilatlarının sırf bu məqsədə xidmət edən "Yaşıl bank" təsis etdiklərini də görürük. Azərbaycanda isə yeni fondun yaradılması və yaxud bu vəzifənin mövcud fondların birinə həvalə edilməsi dayanıqlı maliyyələşmə üçün həlledici amillərdən biri ola bilər. Beynəlxalq maliyyə qurumlarının dəstəyi də vacibdir. Dünya təcrübəsində belə hallara da tez-tez rast gəlinir. Hazırda Azərbaycan bankları Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarından kiçik və orta sahibkarlığı təmsil edən müştərilərini əhatə etmək üçün ekoloji kredit xətləri alır. Bu istiqamətdə əməkdaşlığımızın daha da genişləndirilməsi maliyyələşmə imkanlarının artırılması üçün olduqca əlverişli ola bilər", - deyə o qeyd edib.

"Banklar üçün digər maliyyə mənbəyi "yaşıl istiqraz"lar ola bilər. Onlar asitəsi ilə ekoloji təmiz layihələrə sərmayə qoymaq istəyən investorlar üçün əlavə imkanlar yaranır. Artıq "yaşıl istiqraz"ların buraxılması ilə bağlı şərtlər və s. hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və təsdiq olunma ərəfəsindədir", - deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi