"A-Qrup Sığorta"nın xalis mənfəəti 5 dəfə azalıb

Maliyyə
  • 18 mart, 2025
  • 17:14
A-Qrup Sığortanın xalis mənfəəti 5 dəfə azalıb

“A-Qrup Sığorta” ASC 2024-cü ili 143 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 79,5 % və yaxud 4,9 dəfə azdır.

Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 21,676 milyon manat (əvvəlki ilə nisbətən 14,3 % az), xərcləri 21,497 milyon manat (11,9 % az), mənfəət vergisi ödəmələri isə 36 min manat (4,9 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “A-Qrup Sığorta”nın aktivləri 27,692 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,3 % azalaraq 14,07 milyon manata düşüb, balans kapitalı isə 12,5 % artaraq 13,622 milyon manata çatıb.

Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

44 - Tezliklə