“A-Qrup Sığorta”nın xalis mənfəəti 25% azalıb

“A-Qrup Sığorta”nın xalis mənfəəti 25% azalıb “A-Qrup Sığorta” ASC 2019-cu ili 1,625 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
9 mart 2020 07:27
“A-Qrup Sığorta”nın xalis mənfəəti 25% azalıb
google.az

“A-Qrup Sığorta” ASC 2019-cu ili 1,625 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 24,9% azdır.

Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 15,381 milyon manat (illik müqayisədə 9,9% çox), xərcləri 13,35 milyon manat (18,2% çox), mənfəət vergisi ödəmələri isə 406 min manat (25% az) təşkil edib.

Bu il yanvarın 1-nə “A-Qrup Sığorta”nın aktivləri 24,612 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 12,9% artaraq 12,048 milyon manata çatıb, balans kapitalı isə 4,2% azalaraq 12,564 milyon manata düşüb.

Xatırladaq ki, "A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi