Bakı. 11 yanvar. REPORT.AZ/ Yanvarın 30-da, saat 12:00-da “A-Qrup Sığorta” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək. "Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncağın gündəliyinə şirkətin illik (o cümlədən maliyyə) hesabatlarının təsdiqi, onun büdcəsinin yerinə yetirilməsi və digər məsələlər daxildir.