"A-Qrup Sığorta"nın mənfəəti 23 %-dən çox azalıb
- 10 noyabr, 2026
- 09:45
Yeniliklərdən dərhal xəbərdar olun!
"A-Qrup Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 1,269 milyon manat mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 % azdır.
9 ayda "A-Qrup Sığorta"nın gəlirləri 16,802 milyon manat (1 il əvvələ nisbətən 4,4 % çox), xərcləri isə 15,533 milyon manat (7,6 % çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə "A-Qrup Sığorta"nın aktivləri 25,58 milyon manat olub ki, bu da illik müqayisədə 0,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,9 % artaraq 10,782 milyon manata çatıb, balans kapitalı isə 2,2 % azalaraq 14,798 milyon manata düşüb.
Xatırladaq ki, "A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.