"A-Qrup Sığorta"nın aktivləri azalıb

Maliyyə
  • 22 fevral, 2024
  • 06:45
A-Qrup Sığortanın aktivləri azalıb

“A-Qrup Sığorta” ASC 2023-cü ili 699 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,2 dəfə çoxdur.

Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 25,282 milyon manat (əvvəlki ilə nisbətən 14,7 % çox), xərcləri 24,408 milyon manat (11,1 % çox), mənfəət vergisi ödəmələri isə 175 min manat (12,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “A-Qrup Sığorta”nın aktivləri 27,127 milyon manat olub ki, bu da illik müqayisədə 7,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 15,3 % azalaraq 15,021 milyon manata düşüb, balans kapitalı isə 5,6 % artaraq 12,105 milyon manata çatıb.

Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

44 filmi