“A-Qrup Sığorta" hüquqi ünvanını dəyişəcək

“A-Qrup Sığorta" hüquqi ünvanını dəyişəcək Aprelin 14-də şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Maliyyə
31 Mart , 2021 09:02
“A-Qrup Sığorta  hüquqi ünvanını dəyişəcək

Aprelin 14-də, saat 12:00-da “A-Qrup Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 87A ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə sığortaçının hüquqi ünvanının dəyişdirilməsi məsələsi daxildir.

Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi