“A-Qroup Sığorta”nın yığımları 50% artıb

“A-Qroup Sığorta”nın yığımları 50% artıb Bu ilin yanvar ayında “A-Qroup Sığorta” ASC-nin yığımları 785 259 manat təşkil edib
Maliyyə
15 Fevral , 2017 14:30
“A-Qroup Sığorta”nın yığımları 50% artıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “A-Qroup Sığorta” ASC-nin yığımları 785 259 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,06% çoxdur.

Hesabat dövründə “A-Qroup Sığorta”nın ödənişləri isə azalıb. Belə ki, şirkət ay ərzində 503 046 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 17,53% azdır.

2017-ci ilin yanvar ayında “A-Qroup Sığorta” topladığı hər 100 manat sığorta haqqının 64,06 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 116,95% olub. Başqa sözlə, şirkətin ödənişləri yığımlarını 16,95% üstələyib.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi