Avropa Mərkəzi Bankı iqtisadi artım və inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb

Maliyyə
  • 08 mart, 2019
  • 11:29
Avropa Mərkəzi Bankı iqtisadi artım və inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb

Bakı. 8 mart. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB) bu il avrozonada ümumi daxili məhsul istehsalının 1,1% artacağını proqnozlaşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Mario Draqi keçirdiyi mətbuat konfransında məlumat verib.

O, rəhbərlik etdiyi qurumun 2019-cu ildə avrozonada inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu da açıqlayıb və göstəricinin 1,2% təşkil edə biləcəyini deyib. 

Xatırladaq ki, ECB ötən gün uçot dərəcəsini sabit saxlayıb.