2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri təsdiqlənib

2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri təsdiqlənib Nazirlər Kabineti 2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənib.
Maliyyə
260
24 Sentyabr , 2021 20:21
2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri təsdiqlənib
Əli Əsədov

Nazirlər Kabineti 2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, "Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.

Qeyd olunan layihələr "Büdcə sistemi haqqında" Qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi