“Sberbank Investment Research”: 2019-cu ildə Azərbaycanda ÜDM 3,2% artacaq

“Sberbank Investment Research”: 2019-cu ildə Azərbaycanda ÜDM 3,2% artacaq Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatı xarici amillərə qarşı dayanıqlı olacaq və ölkənin ümumi daxili məhsulu (ÜDM) 2019-cu ildə 3,2%-ə qədər sürətlənəcək.
Maliyyə
25 Fevral , 2019 15:59
“Sberbank Investment Research”: 2019-cu ildə Azərbaycanda ÜDM 3,2% artacaq

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatı xarici amillərə qarşı dayanıqlı olacaq və ölkənin ümumi daxili məhsulu (ÜDM) 2019-cu ildə 3,2%-ə qədər sürətlənəcək. 

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Sberbank Investment Research” analitiklərinin hazırladığı "CIS Market Daily" adlı hesabatda qeyd olunub.  

“Biz, ümumilikdə, Azərbaycan və Qazaxıstana səfərimiz zamanı və orada şirkət rəsmiləri, həmçinin hökümət nümayəndələri ilə keçirdiyimiz görüşlərdən sonra bu ölkələrin qısamüddətli iqtisadi perspektivlərini optimist qiymətləndiririk. Neft və qazın hasilatının artması ilə bərabər neftin bahalaşması bu ölkələrin iqtisadiyyatlarına dəstək olur, maliyyə “yastığını” artırmağa imkan verir, həmçinin xarici mövqelərini yaxşılaşdırır. Əgər cari ildə bizim təxmin etdiyimiz kimi, neftin qiymətləri bir barel üçün 70 ABŞ dolları dəyərində olarsa, bu proseslər müşahidə ediləcək”, - deyə hesabatda vurğulanıb. 

Onların fikrincə, neft-qaz sektoru Azərbaycanın iqtisadi artım tempinin sürətlənməsini təmin edəcək. 2018-ci ildə neftin qiymətlərinin artması və neft-qaz hasilatı dinamikasının yaxşılaşması Azərbaycan iqtisadiyyatına dəstək olub və ÜDM artımını stimullaşdırıb. Biz Azərbaycanda ÜDM artımının investisiya aktivliyinin bərpa olunması fonunda 1,4%-dən 3,2%-ə qədər sürətlənəcəyini gözləyirik”, - deyə hesabatda qeyd olunub. 

“Sberbank Investment Research” analitiklərinin hesablamasına əsasən, Azərbaycan hökuməti maliyyə “yastığını” artırmaq və 2018-ci ildə xarici borcu azaltmaq üçün neftin bahalaşmasından istifadə edib: "Büdcə profisitlə icra edilib, Azərbaycan Dövlət Neft Fondunun aktivləri artıb və biz gözləyirik ki, cari ildə həmin hadisələr təkrarlanacaq. Çox güman ki, ölkənin xarici borcları tədricən azlacaq. Çünki hökumət və dövlət şirkətləri xarici borcun yerli borcla əvəz edilməsinə çalışır”. 

Monetar siyasətdə və bank sektorunun tənzimlənməsi sahəsində vəziyyət yaxşılaşıb. “Monetar siyasət daha da şəffaflaşıb. Bununla belə bank sektoru zəif olaraq qalmaqdadır. Azərbaycanda bu sektorda böyük açıq valyuta mövqeyi qalmaqdadır”, - deyə “Sberbank Investment Research”də hesab edirlər.

Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ildə ÜDM artımının 3,6% səviyyəsində olacağını prooqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi