2017-ci ildə ən çox bahalaşan və ucuzlaşan aktivlər məlum olub

2017-ci ildə ən çox bahalaşan və ucuzlaşan aktivlər məlum olub Mozambikin yeni metikalı, Ukrayna Fond Birjası və palladium siyahıların liderləridir
Maliyyə
533
29 Dekabr , 2017 12:17
2017-ci ildə ən çox bahalaşan və ucuzlaşan aktivlər məlum olub

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün 2017-ci ilin son iş günüdür. "Report" "Forexpf.ru" saytına istinadən 2017-ci ildə qlobal bazarlarda ən çox bahalaşan və ən çox ucuzlaşan aktivlərinin siyahısını təqdim edir.

Bu il ən çox möhkəmlənən valyuta Mozambikin yeni metikal adlanan pul vahidi olub. Autsayderlərin lideri isə Özbəkistan somudur. Aşağıdakı siyahıda ən çox möhkəmlənən və ən çox ucuzlaşan dünya valyutalarının siyahısı təqdim edilib:

Kapital bazarında ilk sırada 80%-lik yüksəlişlə Ukrayna Fond Birjası yer alıb. Dəyəri ən çox azalan birjalar sırasında isə -22% göstəricisi ilə Pakistan Fond Birjasına liderlik edir. Bu ölkədən investorların kütləvi çıxışı müşahidə olunub. Təbii ki, cədvəldə Venesuela Fond Birjası yer almayıb. Belə ki, bu ölkənin fond birjası 2017-ci ildə 3 865% artıb. Lakin, bu artıma səbəb ölkə valyutasının kəskin devalvasiyası olub:

İstiqraz bazarında 2017-ci ildə liderlik ötən ilin autsayderləri olan Yunanıstan və Argentinada olub. Buna səbəb qlobal iqtisadiyyatda sabitliyin bərpa olunması və hər iki ölkənin istiqrazlarının həddindən artıq ucuz olması göstərilir. Venesuela iqtisadi böhran, Yaponiya isə monetar stimullaşdırma səbəbindən istiqraz bazarının dinamikası üzrə bu ölkələr son sıralarda yer alıb.

Əmtəə qiymətlərində ən kəskin artım (+54%) palladiumda qeydə alınıb. Autsayderlər arasında təbii qaz və şəkər yer alıb:

Son xəbərlər

Orphus sistemi