20 milyon ABŞ dollarını aşan gəlir

20 milyon ABŞ dollarını aşan gəlir 2016-cı ildə buraxdığı ilk istiqrazlarla SOCAR qiymətli kağızlar bazarında böyük uğurlara imza atıb və təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan qiymətli kağız statusunu qoruyub saxlayıb.
Maliyyə
2288
17 Yanvar , 2021 09:50
20 milyon ABŞ dollarını aşan gəlir

SOCAR 2016-cı ildə buraxdığı ilk istiqrazlarla qiymətli kağızlar bazarında böyük uğurlara imza atıb və təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan qiymətli kağız statusunu qoruyub saxlayıb.

“SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata görə, nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri rüblük ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti kupon ödənişi 18 yanvar tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək (17 yanvar tarixi qeyri-iş gününə təsadüf etdiyindən, qanuvericiliyə əsasən, növbəti ilk iş günü).

Dörd ildən artıqdır ki, investorlar tərəfindən ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR istiqrazları 18 yanvarda baş tutacaq 2021-ci ilin ilk və ümumilikdə 17-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 milyon ABŞ dolları məbləğində gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin toplam qazancı 21 milyon 250 min ABŞ dollarına yüksələcək.

Təkrar bazar əməliyyatları həcminin 195 milyon ABŞ dollarını aşması, bağlanmış əqd sayının 2 300-ü ötməsi, Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 37 milyon ABŞ dollarına çatması SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.

İstiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə, qısamüddətli vəsait cəlb edə, eləcə də istiqrazlarını bankda girov qoyaraq, sərfəli şərtlərlə kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2021-ci ilin 17 aprel tarixində baş tutacaq. Ətraflı məlumat üçün 19 99 nömrəsi investorların daim xidmətindədir.

Son xəbərlər

Orphus sistemi