10 məktəbin layihə-smeta sənədləri 2 milyon manata başa gələcək

10 məktəbin layihə-smeta sənədləri 2 milyon manata başa gələcək Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhərində və Abşeron rayonunda 7 yeni məktəbin tikintisi, eləcə də 3 məktəbin əsaslı təmirinə və onlar üçün yeni korpusların inşası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi 10 açıq tenderə yekun vurub.
Maliyyə
14 May , 2020 18:15
10 məktəbin layihə-smeta sənədləri 2 milyon manata başa gələcək

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhərində və Abşeron rayonunda 7 yeni məktəbin tikintisi, eləcə də 3 məktəbin əsaslı təmirinə və onlar üçün yeni korpusların inşası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi 10 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlerin qalibləri "Sosial-İnkişaf Layihə" (5 tender), "HH Architects" (2 tender), "Feniks-AA" (1 tender) MMC-lər, "Azərdövlətsənayəlayihə" (1 tender) və "Azkommunallayihə" (1 tender) institutları olub. 

Qalib şirkətlərə ümumilikdə 1 918 270 manat ödəniləcək. 



Tenderin mahiyyəti Qalibin adı Təklifin qiyməti
(manat)

1
Xırdalan şəhəri, 8 saylı tam orta məktəbin sökülərək yerində
960 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması
“Sosial-inkişaf layihə”
MMC
156 380

2
Bakı şəhəri, 136 saylı tam orta məktəbin əsaslı təmiri və
900 şagird yerlik əlavə korpusun tikintisi üzrə
layihə-smeta sənədlərinin hazırlanması
“Sosial-inkişaf layihə”
MMC
215 950

3
Abşeron rayonu, 2 saylı tam orta məktəbin sökülərək yerində
2 000 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması
“Sosial-inkişaf layihə”
MMC
256 940

4
Abşeron rayonu, 1 saylı tam orta məktəbin əsaslı təmiri və
960 şagird yerlik əlavə korpusun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması
“Sosial-inkişaf layihə”
MMC
166 230

5
Bakı şəhəri, 313 saylı tam orta məktəbin əsaslı təmiri və
800 şagird yerlik əlavə korpusun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması
“Sosial-inkişaf layihə”
MMC
155 410

6
Bakı şəhəri, Binəqədi qəsəbəsinin 3-cü mədən küçəsində
1600 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması
"Azərdövlətsənayelayihə”
 institutu
205 680

7
Bakı şəhəri, Xocasən qəsəbəsinin Aprel Zəfəri küşəsində
1200 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması
“Azkommunallayihə”
 institutu
175 920

8

Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış massivində 

1 200 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

“HH Architects”
MMC

174 630


9
Abşeron rayonu, Xırdalan şəhərinin "Kristal-2" adlanan ərazisində
2 000 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması
“HH Architects”
MMC

256 870


10

Abşeron rayonu, Masazır qəsəbəsinin "Yoncalıq" adlanan ərazisində 

960 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması

“Feniks-AA”
MMC

154 260



Cəmi

1 918 270

Son xəbərlər

Orphus sistemi