1 trln. dollarlıq ABŞ fondu kriptovalyuta bazarına girməyə hazırlaşır

1 trln. dollarlıq ABŞ fondu kriptovalyuta bazarına girməyə hazırlaşır Almaniya rəsmi olaraq bitkoini tanıyıb
Maliyyə
2 Mart , 2018 15:00
1 trln. dollarlıq ABŞ fondu kriptovalyuta bazarına girməyə hazırlaşır

Bakı. 2 mart. REPORT.AZ/ Mərkəzi ofisi ABŞ-ın Boston şəhərində olan "Wellington Management" fondu kriptovalyutalarla ciddi maraqlanmağa başlayıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 1 trln. dollar məbləğində aktivləri olan fondun rəhbərliyi bəzi investisiya portfellərinə rəqəmsal valyutaları əlavə etmək barədə düşünür. 

Bu barədə Fondun səhm bazarları üzrə analitiki Metyu Lipton (Matthew Lipton) və texnologiyalar üzrə şöbə müdiri Li Saba (Lee Saba) fevral ayı üçün hazırladıqları məruzədə bildiriblər. Məruzəyə əsasən, bitkoin kimi törəmə alətlərdə əməliyyatlar həyata keçirmək üçün artıq müvafiq sistem yaradılıb. "Wellington Management" həmçinin kriptovalyutalarla bağlı şirkətlərə investisiya etməyə başlayıb. 

"Fond mayninq və blokçeyn texnologiyalarından faydalanmaq üçün portfel investisiyalarını diversifikasiya edib", - deyə məruzədə qeyd olunub. 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Almaniyanın Maliyyə Nazirliyi bitkoini maliyyə aləti kimi tanıdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi