"Dənizbank": İlk böyük iflas rəqəmsal valyutalarda olacaq

"Dənizbank": İlk böyük iflas rəqəmsal valyutalarda olacaq Mobil bankçılığa investisiya yatırmayan banklar batacaq
Maliyyə
28 Sentyabr , 2017 14:44
Dənizbank: İlk böyük iflas rəqəmsal valyutalarda olacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/"Bundan sonrakı ilk böyük maliyyə böhranı rəqəmsal valyutalar və bu cür yeni texnologiyalarda olacaq. Təhlükə getdikcə yaxınlaşır". "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyənin nüfuzlu banklarından biri - "Dənizbank"ın baş direktoru Hakan Ateş İstanbulda keçirilən VIII Maliyyə Sammitində bildirib.

Bank sektorunun perspektivlərinə toxunan H.Ateş qeyd edib ki, "hər hansı bir əməliyyatı həyata keçirmək üçün bank şöbəsinə getdiyinizdə 4 lirə, mobil bankçılıqdan istifadə edərək həyata keçirdiyinizdə isə 45 dəfə az, yəni 0,09 lirə xərciniz çıxır. Mobil bankçılığa investisiya qoya bilməyən bir müddət sonra uduzacaq".

H.Atəş əlavə edib ki, "banklar operativ əməliyyatları, yəni bankomatları, POS-terminalları, kredit kartları, pul daşıyan nəqliyyat vasitələrini və mühafizə işlərini birləşdirərək xərcləri xeyli azalda bilər".

Qeyd edək ki, Rusiyanın "Sberbank"ı 75% payla "Dənizbank"ın əsas səhmdarıdır, qalan 25% isə İstanbul Birjasında tədavüldədir.

Son xəbərlər

Orphus sistemi