“Zirə” Premyer Liqada növbəti qələbəsini qazanıb

“Zirə” Premyer Liqada növbəti qələbəsini qazanıb Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Təmkin Xəlilzadənin dublu və Riçard Qadzenin qolu ilə 3 xal əldə edib
Komanda
14 Oktyabr , 2017 18:01
“Zirə” Premyer Liqada növbəti qələbəsini qazanıb

Bakı 14 oktyabr. REPORT.AZ/ “Zirə” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. 

“Report” xəbər verir ki, qəsəbə təmsilçisi VIII tur çərçivəsində qəbul etdiyi “Kəpəz”i üstələyib - 3:0.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Təmkin Xəlilzadənin dublu və Riçard Qadzenin qolu ilə 3 xal əldə edib.

Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. “Zirə” 18 xalla 2-ci, “Kəpəz” isə 4 xalla sonuncu pillədədir.

Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” “İnter”i 2:0 hesabı ilə məğlub edib. Bu gün daha bir oyun keçiriləcək. Sumqayıtda şəhərin eyni adlı təmsilçisi “Qəbələ”ni qəbul edəcək. Turun son matçı isə oktyabrın 15-də “Səbail” və “Neftçi” arasında olacaq.

"Zirə” – "Kəpəz” 3:0 

Qollar: Təmkin Xəlilzadə 47, 64; Riçard Qadze 76.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov. 
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi