Yuxarı

​Yunanıstan yığmasının kapitanı Türkiyə vətəndaşlığını qəbul edib

Türkiyə səfirliyi müraciəti müsbət dəyərləndirib

Bakı. 8 aprel. REPORT.AZ/ Basketbol üzrə Yunanıstan yığma komandasının kapitanı və "Panatinaikos" klubunun üzvü Antonis Fotsis Türkiyə vətəndaşlığını qəbul edib. "Report"un məlumatına görə, 35 yaşlı basketbolçunun Türkiyənin Yunanıstandakı səfirliyinə müraciəti müsbət dəyərləndirilib.

Artıq A.Fotsis Türkiyənin hər hansı klubunda yerli oyunçu statusu ilə çıxış edə biləcək. Belə olan halda o, Türkiyədə yerli vətəndaş olaraq oynayan ilk yunan əsilli basketbolçu olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi