Yüksək Liqa və Superliqada növbəti oyunların proqramı açıqlanıb

Yüksək Liqa və Superliqada növbəti oyunların proqramı açıqlanıb Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib.
Komanda
3 Aprel , 2022 23:31
Yüksək Liqa və Superliqada növbəti oyunların proqramı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kişi voleybolçular arasında Yüksək Liqada III dövrənin son qarşılaşmaları aprelin 4-də olacaq.

XV turun ilk qarşılaşmasında “Neftçi” “Murov”u sınağa çəkəcək. Görüş saat 15:00-da başlanacaq. Saat 17:00-da “Sərhədçi” – MOİK oyunu başlanacaq. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada IV dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək X turun ilk matçı saat 16:00-da “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “Abşeron” duelinə start veriləcək.

Son xəbərlər

Orphus sistemi