Yüksək Liqa: "Sərhədçi" mövsümə məğlubiyyətlə başlayıb

Yüksək Liqa: "Sərhədçi" mövsümə məğlubiyyətlə başlayıb Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.
Komanda
26 Yanvar , 2022 22:35
Yüksək Liqa: Sərhədçi mövsümə məğlubiyyətlə başlayıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.

"Report"un məlumatına görə, II tura təsadüf edən günün yeganə matçında “Ekspress” “Sərhədçi”ni sınağa çəkib.

“Murov” klubunun idman zalında baş tutan qarşılaşma nominal ev sahiblərinin qələbəsi ilə başa çatıb. İlk setdə 25:21 hesabı ilə qalib gələn “Ekspress” növbəti hissədə rəqibini çətinliklə məğlub edib – 27:25. Üçüncü set də gərgin mübarizə şəraitində keçib. Lakin 23:25 hesabı ilə uduzan “Sərhədçi” məğlubiyyətdən xilas ola bilməyib. “Ekspress” çempionata 3:0 hesablı qələbə ilə başlayıb.

26 yanvar

Yüksək Liqa

II tur

“Exspress” – “Sərhədçi” 3:0 ( 25:21, 27:25, 25:23)

Yanvarın 27-də isə II turun digər qarşılaşmasında MOİK “Murov”u sınağa çəkəcək. Bu tur “Neftçi” istirahət edəcək.

Qeyd edək ki, mövsümdə hələlik bir görüş keçirilib. Həmin oyunda MOİK “Neftçi”yə 3:1 (25:19, 26:28, 25:23, 25:16) hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi