Azərbaycanın yeniyetmə cüdoçuları İspaniya turnirinə uğurla başlayıblar

Azərbaycanın yeniyetmə cüdoçuları İspaniya turnirinə uğurla başlayıblar Bakı. 17 fevral. REPORT.AZ/ İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku turnirinə start verilib.
Komanda
17 Fevral , 2019 08:34
Azərbaycanın yeniyetmə cüdoçuları İspaniya turnirinə uğurla başlayıblar

Bakı. 17 fevral. REPORT.AZ/ İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku turnirinə start verilib.

“Report” xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq yarışın ilk günü 1 qızıl və 1 bürünc medal qazanıblar.

55 kq çəki dərəcəsində yarışan Nicat Məmmədli bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qalibi olub. 66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub. Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 8 cüdoçu təmsil edir.

Daha əvvəl cüdoçu Oruc Vəlizadə Romada qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi