Yanvarın 17-də İsveçrənin Lozanna şəhərində
MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının (ANOK) baş qərargahında keçiriləcək toplantıda Avropa idman modeli, Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlıqlar, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40-cı və 50-ci maddələri müzakirə olunacaq məsələlər siyahısındadır.
Qeyd edək ki, bu komissiyaya Belarusiya, İspaniya, İtaliya, Almaniya, Yunanıstan, Kosova, Polşa, Rusiya, Malta, Norveç, San Marino, Moldova və Böyük Britaniya kimi ölkələrdən nümayəndələr daxildir.