WADA Rusiyanın dopinq-testdə ilişən idmançılarını və idman növlərini açıqlayıb

WADA Rusiyanın dopinq-testdə ilişən idmançılarını və idman növlərini açıqlayıb WADA (Ümumdünya Antidopinq Agentliyi) antidopinq qaydalarını pozmaqda ittiham olunan rusiyalı idmançıların sayı barədə informasiya dərc edib.
Komanda
10 Dekabr , 2019 00:59
WADA Rusiyanın dopinq-testdə ilişən idmançılarını və idman növlərini açıqlayıb

WADA (Ümumdünya Antidopinq Agentliyi) antidopinq qaydalarını pozmaqda ittiham olunan rusiyalı idmançıların sayı barədə informasiya dərc edib.

"Report" xəbər verir ki, qurumun yaydığı hesabatda 45 belə idmançının 4 növü təmsil etdiyi açıqlanıb. Onlardan 41-i ağırlıqqaldıran, 2-si taekvondoçu, hərəyə 1-i güləşçi və kanoçidir.

Bundan başqa, WADA Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasını Rusiyadan olan 66 idmançının işi ilə bağlı məlumatlandırıb. Daha 2 hal isə biatlonçulara aiddir.

Qeyd edək ki, dekabrın 9-da Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıldığı bəyan olunub. Səbəb kimi Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib. 

Cəza 2020-ci il Tokio Yay Olimpiya Oyunları və 2022-ci il futbol üzrə dünya çempionatına da şamil edilir.

Son xəbərlər

Orphus sistemi