WADA: 60 idmançının dopinq nümunələrində meldonium aşkarlanıb

WADA: 60 idmançının dopinq nümunələrində meldonium aşkarlanıb Ümumdünya Antidopinq Agentliyinin rəsmi nümayəndəsi: "Bu cür halların sayı artmaqda davam edir"
Komanda
11 Mart , 2016 12:16
WADA: 60 idmançının dopinq nümunələrində meldonium aşkarlanıb

Bakı. 11 mart. REPORT.AZ/ 2016-cı il yanvarın 1-dən istifadəsi qadağan edilmiş meldonium preparatı 60 idmançının dopinq nümunələrində aşkarlanıb.

"Report" "The New York Times"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) rəsmi nümayəndəsi Ben Nikols məlumat verib.

"Bazar ertəsinə olan məlumata görə, dopinq-testlərin 60-da müsbət nəticə aşkarlanıb. Bu cür halların sayı artmaqda davam edir", - deyə B.Nikols bildirib.

Adıçəkilən dopinqdən istifadə etdiyi aşkarlananların 8-i rusiyalı idmançılardır. Onlar arasında məşhur qadın tennisçi Mariya Şarapova da yer alıb. Eyni zamanda İsveç idmançısı Abeba Areqavi, gürcüstanlı sərbəst güləşçi David Modzmanaşvili və ukraynalı biatlonçular Olqa Abramova və Artyom Tişenko da dopinqdə "ilişib".

Son xəbərlər

Orphus sistemi