Voleybol üzrə Yüksək Liqanın əsas mərhələsi başa çatıb, yarımfinal cütlükləri bəlli olub

Voleybol üzrə Yüksək Liqanın əsas mərhələsi başa çatıb, yarımfinal cütlükləri bəlli olub Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının əsas mərhələsi başa çatıb.
Komanda
14 Mart , 2023 20:56
Voleybol üzrə Yüksək Liqanın əsas mərhələsi başa çatıb, yarımfinal cütlükləri bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının əsas mərhələsi başa çatıb.

"Report"un məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan XII turda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gəlib. Görüşlərin hər ikisində nominal meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

Beləliklə, əsas mərhələnin son turundan sonra "Azərreyl" 29 xalla birinci, "Abşeron" 23 xalla ikinci, "Murov" 20 xalla üçüncü olub, hesabında xalı olmayan UNEC isə sonuncu - dördüncü pilləni tutub.

Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan "Azərreyl" dördüncü yerin sahibi UNEC-lə, ikinci olan "Abşeron" isə üçüncü yeri tutan "Murov"la üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Oyunların keçiriləcəyi tarix və məkan hələlik bəlli deyil.

Son xəbərlər

Orphus sistemi