Yuxarı

​Voleybol üzrə Olimpiya çempionu vəfat edib

Lyubov Tyurina Münhen olimpiadasının qalibi olub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Voleybol üzrə Olimpiya çempionu adını qazanmış Lyubov Tyurina 73 yaşında vəfat edib. "Report"un məlumatına görə, o, SSRİ-nin qadınlardan ibarət voleybol komandasının heyətində 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı olub.

L.Tyurina SSRİ yığmasının heyətində 1967-ci ildə Avropa, 3 il sonra isə dünya çempionu adını qazanıb. Qadın voleybolçu çıxış etdiyi "Trudovıye Rezervı" və "Dinamo" klubları ilə 4 dəfə ölkə çempionu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi