Yuxarı

​Voleybol üzrə Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlanıb

Heyətdə 14 voleybolçuya şans verilib

Bakı. 31 may. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının Avroliqa üçün heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Faiq Qarayev yarışa 14 voleybolçu ilə yollanmağı qərara alıb.

Yığmanın heyəti: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 3. Anastasiya Qurbanova, 5. Odina Bayramova, 7. Alyona Həsənova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Mammadova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova, 20. Marqarita Əzizova

B qrupunda yer alan Azərbaycan millisi ilkin mərhələdə iyunun 3-də Monteneqro, bir gün sonra Fransa, ayın 5-də isə İspaniya ilə qarşılaşacaq. Hər üç oyun Monteneqronun Bar şəhərində keçiriləcək. İkinci mərhələnin görüşləri isə Fransanın Renn şəhərində baş tutacaq. İyunun 10-da rəqib Monteneqro, ayın 11-də İspaniya, bir gün sonra isə Fransa olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi