Voleybol çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Voleybol çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib Yüksək Liqada II dövrənin son turu fevralın 9-da baş tutacaq
Komanda
8 Fevral , 2023 13:05
Voleybol çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib.

Federasiyadan "Report"a verilən məlumata görə, qadınlar arasında Yüksək Liqada II dövrənin son turu fevralın 9-da baş tutacaq.

VI turun ilk qarşılaşması “Abşeron” - “Murov” komandaları arasında olacaq. Görüş saat 16:00-da başlanacaq.

Saat 18:00-da start götürəcək ikinci matçda isə UNEC və “Azərreyl” klubları üz-üzə gələcəklər.

Kişilər arasında Yüksək Liqada VI turun oyunları isə fevralın 10-da gerçəkləşəcək. Həmin gün ilk olaraq saat 16:00-da MOİK - “Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. II dövrənin son matçında isə “Xarı bülbül” klubu “Murov”la qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi